-
- 1-07-2019, 19:28
- 816
Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təliminə start verilib
İyulun 1-də Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təliminə start verilib.
DGK-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təlimin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında gömrük işinin səmərəliliyinin artırılması, innovativ layihələrin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına, transmilli cinayətkarlığa qarşı mübarizə və sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, gömrük işi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və iş prosesində tətbiqi, dünya ölkələrinin gömrük xidmətləri ilə qarşılıqlı faydalı əlaqələr və birgə əməkdaşlıq uğurlu nəticələr verib.
Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramının əhəmiyyətini qeyd edən komitə sədri Azərbaycan-Türkiyə birgə təliminin səmərəli olacağına əminliyini vurğulayıb və təlimin işində uğurlar arzulayıb.
Türkiyə Gömrük Xidmətinin Mühafizə Baş Müdirliyinin rəisi Yaşar Baltacı yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib.
ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kis Roberts bildirib ki, təmsil etdiyi layihə Azərbaycanda 1999-cu ildən icra olunur. İstənilən qurumun səmərəli fəaliyyətinin başlıca şərtlərindən birinin əməkdaşların potensialının, bilik və bacarıqlarının artırılması olduğunu vurğulayan amerikalı ekspert Azərbaycan gömrüyünün bu sahədə atdığı addımların təqdirəlayiq olduğunu önə çəkib.
Qeyd edək ki, 5 gün davam edəcək birgə təlimlər çərçivəsində amerikalı ekspertlər tərəfindən qaçaqmalçılıq hallarının aşkar edilməsi, nəqliyyat vasitələrinin yoxlanılması, texniki nəzarət vasitələrindən istifadə və riskin müəyyən edilməsi üsulları ilə bağlı təcrübə öyrədiləcək. Naxçıvan Şəhər və Sədərək Gömrük idarələrində praktik məşğələlər keçiriləcək.