-
- 22-05-2019, 15:19
- 1 254
Bakıda qadın gizlicə evə girdi və... - ŞOK CİNAYƏT
Bakıda oğurluqla məşğul olan qadın məhkəmə qarşısına çıxarılacaq.
News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 177.2.3-cü, yəni oğurluq əməli - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə maddəsi ilə barəsində cinayət işi açılan və Hüseynova Nigar Eldar qızının işi Qaradağ Rayon Məhkəməsinə göndərilib. İşə hakim Teymur Qurbanovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, iş üzrə Qaradağ rayon Lökbatan qəsəbə sakini Xəlilova Gülzadə Rəhmət qızı zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, Gülzadə Xəlilovaya məxsus mənzildən oğurluq edilib. Bu barədə ev sahibi 10-cu polis bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı vaxt mənzilindən 5320 manatın və 3375 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Nigar Hüseynova tərəfindən törədildiyi məlum olub və o, saxlanılıb.