Xırdalanda 2 bacıya qarşı İYRƏNC PLAN – Cinayət işi açıldı
    • 20-11-2019, 14:27
    • 1 120

Xırdalanda 2 bacıya qarşı İYRƏNC PLAN – Cinayət işi açıldı

Abşeron rayonunda oğurluq etmiş şəxsə cinayət işi açılıb.

News24.az
-ın məlumatına görə, N.Əhədova və bacısı T.Qəribovanın yaşadığı evə gizli daxil olaraq qızıl və pul oğurlamış Rüstəm Əzizov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü, yəni, oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə maddəsi ilə iş açılıb.

Məlum olub ki, R.Əzizov iki bacını yaxşı anıyıb və onların olmadığı vaxt yaşadıqları evə soxulub.

Artıq Abşeron Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri yekunlaşdırılıb və iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Sevinc Quliyevanın icraatına verilib və hazırlıq islası 3 dekabr tarixinə təyin edilib.