İki gəncin DƏHŞƏTLİ SONU
    • 12-08-2024, 13:10
    • 379

İki gəncin DƏHŞƏTLİ SONU

Hadisə səhər saatlarında Adananın Seyhan mahalının Şakirpaşa Məhəlləsində baş verib.

News24.az xəbər verir ki, iddiaya görə, 01 ET 759 nömrəli motosikletlə hərəkət edən Emre Tokgöz (18) arxada oturan Şahin Adın (19) ilə yolun bitdiyinin fərqinə varmayıb və suvarma kanalına düşüb. 

Ətrafdakı vətəndaşların xəbəri üzərinə əraziyə sağlamlıq və polis qrupları sövq edilib. Sağlamlıq qrupları gənclərin həyatını itirdiyini təyin edib. 

Hadisə yerinə gələn polis dalğıcları meyitləri kanaldan çıxarıblar. 

Qəzada həyatını itirən gənclərin meyitləri məhkəmə tibb müəssisəsinin morquna aparılıb.

Məryəm İlhamqızı