-
- 3-07-2019, 12:35
- 950
"Yanğını şişirdiblər, köhnə görüntüləri yayıblar" - universitetdən AÇIQLAMA
Bakı şəhərinin Səbail rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binanın 2-ci mərtəbəsində yanğın baş verib.
News24.az-ın əməkdaşları yanğının baş veridyi əraziyə yollanıb. Universitetin adını bildirmək istəməyən mühafizə rəisi əməkdaşlarımızın yanğın baş verən məkana daxil olmasına icazə verməyib. O bildirib ki, yanğına səbəb qısaqapanma olub: «Anlamıram, bu məlumatı kim bu qədər şişirdib. Otaqda xalçanın orta hissəsi azca yanıb. Video da yayıblar, hardansa köhnə görüntüləri götürüblər. Gördüyünüz kimi, tələbələr gəlir, bu gün universitetdə tədbir keçirilir".
Qeyd edək ki, Fövqəlada Hallar Nazirliyinin rəsmi səhifəsində bildirilib ki, İqtisad Universitetinin ümumi sahəsi 127 m2 olan otaqda rəflər, sənədlər 15 m2 sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Afaq Mirayiq