-
- 4-07-2019, 10:22
- 752
Pakistanda və Suriyada döyüşmüş azərbaycanlıdan MÜRACİƏT
Pakistanda və Suriyada terror təşkilatlarının sıralarında iştirak etmiş, daha sonra Azərbaycana qayıdarkən həbs edilərək məsuliyyətə cəlb edilən şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 218.2-ci, yəni, Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Qədirov Rövşən Əmirşah oğlu barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ittiham aktına əsasən, Azərbaycanın Quba rayonunun sakini R.Qədirov qazanc üçün Türkiyəyə gedib. Orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub, o, R.Qədirova Pakistandakı proseslər, silahlı islamçı qrupların şəriətin müdafiəsi uğrunda fəaliyyəti və onların "müsəlmanlara zülm edənlərə" qarşı mübarizələri haqqında məlumat verib.
İbrahimin təsiri altında R.Qədirov 2009-cu ildə cihad üçün Pakistana gedib və "Yunus" ləqəbli komandirin rəhbərlik etdiyi "Türk camaatı"na qoşulub.
Amma sonradan onun digər mücahidlərlə fikir ayrılıqları yaranıb və 2010-cu ilin martında Türkiyəyə qayıdıb. 2011-ci ilin sentyabrında R.Qədirov yenidən cihadda iştirak etməyə qərar verib, bu dəfə Suriyaya yola düşüb. Amma 2012-ci ilin yanvarında yaralandıqdan sonra R.Qədirov Türkiyəyə qayıdıb.
O, daha sonra Azərbaycana gəlib və bir müddət sonra həbs olunub. R.Qədirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.