Türkiyənin axtarışa verdiyi azərbaycanlı barədə YENİ XƏBƏR
    • 7-01-2020, 11:04
    • 696

Türkiyənin axtarışa verdiyi azərbaycanlı barədə YENİ XƏBƏR

2017-ci ildə Türkiyə Respublikasının axtarışa verdiyi və Bakıda tutularaq məsuliyyətə cəlb ediln Musayev Mahir Movlan oğlu Ali Məhkəməyə müracit edib.

News24.az
-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1-ci, yəni,  terrorçuluq - qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş şəxs məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

Müraciətə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2017-ci ildə “T.C. İSTANBUL ANADOLU 10. ASLİYE CEZA MAHKEMESİ” 24 dekabr 1985-ci il təvəllüdlü Mahir Musayevin axtarışa verilməsi barədə qərar çıxarıb. Qərarda onun silahlı olması və sair barədə qeydlər edilib. Onun İstanbulda yerləşən Bosna Bulvarı adlanan ərazidə cinayət törətdiyi qeyd edilib.