Bakıda oteldə əcnəbi vətəndaş öldü
    • 5-07-2019, 10:34
    • 1 109

Bakıda oteldə əcnəbi vətəndaş öldü

Bakıda əcnəbi vətəndaş faciəvi şəkildə ölüb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. İraq vətəndaşı, 1963-cü il təvəllüdlü Alimar Haydar Alihüseyn qaldığı “Ramada” hotelindən mədə qanaxması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.