-
- 5-07-2019, 11:59
- 870
Muxtar Babayev Latviyanın Azərbaycandakı səfiri ilə GÖRÜŞÜB
İyulun 5-də Ekologiya və Təbii Sərvətlər Naziri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ilə görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Latviya arasında ikitərəfli əlaqələr, ətraf mühit sahəsindəki mövcud əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb və ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Nazir səfir Yuris Maklakovsa gələcək fəaliyyətində uğurlar arzulayıb.