Mikayıl Cabbarov İsrailin Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ
    • 6-11-2019, 11:19
    • 1 249

Mikayıl Cabbarov İsrailin Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stavı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

News24.az
xəbər verir ki, səfirlə əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə, həmçinin, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətindən irəli gələn məsələlərə toxunulub. Bildirilib ki, Birgə Komissiyanın fəaliyyəti çərçivəsində hər iki ölkə arasında prioritet sahələr üzrə əməkdaşlıq istiqamətində konkret layihə və təşəbbüslər müzakirə olunub, əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri təhlil edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.