Yaşayış binasında təhlükəli anlar - FHN-dən ƏMƏLİYYAT
    • 5-07-2019, 13:50
    • 922

Yaşayış binasında təhlükəli anlar - FHN-dən ƏMƏLİYYAT

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının damında dəmir boru asılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

 Xilasedicilər asılı vəziyyətdə qalan dəmir borunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.