Yasamalda insanların həyatı təhlükədə - ŞOK
    • 18-04-2019, 23:47
    • 1 811

Yasamalda insanların həyatı təhlükədə - ŞOK

Bu gün güclü küləklə əlaqədar Yasamalda təhlükəli anlar yaşanıb.

News24.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan saatın əqrəblərindən biri yerə düşüb, digərləri asılı vəziyyətdə qalıb.

ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər saatın əqrəblərini yerinə bərkidiblər və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Əməliyyat başa çatıb.