Nizamidə insanalrın həyatı təhlükədə- dəmir boru asılı qaldı
    • 2-01-2020, 16:59
    • 741

Nizamidə insanalrın həyatı təhlükədə- dəmir boru asılı qaldı

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının damında dəmir boru asılı vəziyyətdə qalıb.


Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefonx əttinə daxil olan məlumata əsasən, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan dəmir borunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.