-
- 1-12-2024, 23:45
- 183
Ərdoğan yenidən namizədliyini irəli sürə bilər
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə prezidentliyə namizədliyini irəli sürə bilər”.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Türkiyə liderinin birinci müşaviri Mehmet Uçum “X” hesabında məlumat verib.
“Prezident seçkilərində müstəsna namizədlik” başlıqlı yazısında “2027-ci ilin ikinci yarısında 360 millət vəkili ilə seçkiləri yeniləməyə qərar verərsə, prezident Ərdoğan yenidən namizəd ola bilər, yəni- sonuncu dəfə”.
Uçum bildirib ki, bu, “istisna namizədlik” halı kimi baş verə bilər.