Mehdiabadda qohumlar arasında QANLI DAVA – Bıçağı ürəyinə soxdu
    • 6-07-2019, 10:54
    • 960

Mehdiabadda qohumlar arasında QANLI DAVA – Bıçağı ürəyinə soxdu

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, iyunun 4-də qəsəbədə 1984-cü il təvəllüdlü Əbdüləzimov Rauf Aleksandr oğlu döş qəfəsinin sol hissəsindən-ürək nahiyəsindən bıçaqlanıb. O, Kliniki Tibbi Mərkəzə gətirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 35 yaşlı Raufun yaxın qohumu Əbdüləzimov Şahin Məmməd oğlu tərəfindən bıçaqlandığı müəyyənləşib. O, tutulub və barəsində cinayət işi açılıb.

Araşdırma aparılır.