-
- 4-12-2024, 15:34
- 268
Saxta spirtli içkilər fəlakətə çevrildi - Ölənləri sayı 17 nəfərə çatdı
İstanbulda saxta spirtli içkidən zəhərlənərək, dünyasını dəyişənlərin sayı 17-yə yüksəlib.
News24.az xəbər verir ki, saxta içki satmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb.
Son 5 gündə saxta spirtli içkidən zəhərlənərək, xəstəxanalara 46 nəfər müraciət edib. Onlardan 17 nəfər dünyasını dəyişib, 22 nəfərin müalicəsi davam edir, 7 nəfər isə evə buraxılıb.
Saxta spirtli içki satmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat tədbirləri davam edir. Bu günə qədər əməliyyatlar zamanı ümumilikdə 19 şübhəli saxlanılıb.
Ağa Dadaşzadə