Bakıda azyaşlı qızları fahişəliyə cəlb edən qadın barədə- ŞOK XƏBƏR
    • 7-07-2019, 14:00
    • 940

Bakıda azyaşlı qızları fahişəliyə cəlb edən qadın barədə- ŞOK XƏBƏR

Bakıda yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadına cinayət işi açılıb.


News24.az-ın məlumatına görə, 2 azyaşlı qızı pul müqabilində kişilərlə görüşünü təşkil edən Aygün Xasməmmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.3-cü yəni, insan alveri - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə yetkinlik yaşına çatmayan 2 qız zərərçəkən şəxs qismində tanınıb. 


Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi hakim Əhməd Quliyevin sədrliyi ilə keçiriləcək.