Azərbaycanda ŞOK HADİSƏ – Azyaşlı qızla cinsi əlaqəyə girdi
    • 19-07-2019, 08:30
    • 1 497

Azərbaycanda ŞOK HADİSƏ – Azyaşlı qızla cinsi əlaqəyə girdi

Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmiş şəxs barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsində İ.İlyasov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə iş açılıb. İş üzrə yetkinlik yaşına çatmayan S.İsmayılova zərərçəkən şəxs qismində tanınıb. Hadisəni törədən şəxs qızla evlənməyə razı olsa da, məsuliyyətdən yayına bilməyib.
Artıq açılmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işinin materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Vaqif Həsənovun icraatına verilib.