Bakıda evə dəhşətli basqın - KİŞİ ÖLDÜRÜLDÜ, HƏYAT YOLDAŞI YARALANDI
    • 8-07-2019, 13:27
    • 1 405

Bakıda evə dəhşətli basqın - KİŞİ ÖLDÜRÜLDÜ, HƏYAT YOLDAŞI YARALANDI

Bakıda naməlum şəxslər evə basqın edib. 

Hadisə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. İki nəfər naməlum şəxs 1979-cu il təvəllüdlü Araz Sofiyev və həyat yoldaşı Rəna Sofiyevanın yaşadıqları evə hücum edib. Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Naməlum şəxslər evdən 5000 ABŞ dolları aparıblar.Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır. //Report