Bakıda 18 yaşlı gəncə küçədə HÜCUM EDİLDİ
    • 14-05-2020, 11:37
    • 1 027

Bakıda 18 yaşlı gəncə küçədə HÜCUM EDİLDİ

Bakıda gənc oğlan küçədə döyülərək qarət olunub.

hadisə paytaxtın Nizami rayonu, Q. Qarayev prospektində baş verib. Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Xaqan Cəfərli küçədə naməlum şəxslərin hücumuna məruz qalıb. Həmin şəxslər 18 yaşlı gənci döyərək telefonunu əlindən alıblar.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü Elşən Məmmədov və 2002-ci il təvəllüdlü Elgün Abdullayev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci(quldurluq) maddəsilə cinayət işi başlanıb. /Trend/