AzTV-nin maliyyə hesabatları MÜZAKİRƏ OLUNDU
    • 8-07-2019, 13:50
    • 1 217

AzTV-nin maliyyə hesabatları MÜZAKİRƏ OLUNDU

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. 

Kollegiya iclasında həyata keçirilmiş bir neçə nəzarət tədbiri üzrə Auditor Hesabatları müzakirə olunub. Hesablama Palatasının mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaitlərinin formalaşması və istifadəsinə dair məsələ və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2018-ci il üzrə maliyyə hesabatlarına dair məsələ müzakirə edilib. 

Kollegiya iclasında nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Azərbaycan Respublikasının  Milli  Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.