-
- 19-07-2019, 14:59
- 927
Sumqayıt Regional Mədəniyyət İdarəsinin fəaliyyətində nöqsanlar AŞKAR EDİLDİ
Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, Sumqayıt Regional İdarəsi (İdarə) üzrə 2017-2018-ci illərdə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiqləyib.
Palatadan News24.az-a verilən məlumata görə, audit 2017-2018-ci illər üzrə 20 254,4 min manat vəsaiti əhatə edib.
Hesabatda göstərilib ki, ölkə prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyinin yaradılması ilə əlaqədar Regional İdarənin Əsasnaməsində müvafiq dəyişiklik edilməyib, 2017-2018-ci illər üçün büdcə vəsaiti üzrə proqnoz tərtib edilərkən “Büdcə sistemi haqqında” qanunun və Nazirlər Kabinetinin 24 may 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın bir sıra tələbləri gözlənilməyərək İdarənin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib.
Nazirlər Kabinetinin ştat saylarının müəyyən edilməsi ilə bağlı müvafiq qərarlarının tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılıb, mədəni maarif müəssisələrində işləyənlərin tarif dərəcələri düzgün müəyyənləşdirilməyərək artıq əmək haqqı ödənilib və artıq dərs saatları tarifləşdirilib.
Xərclərin icrası zamanı təyinat dəyişikliyinə yol verilib, avadanlıqların kirayəyə götürülməsi adı ilə müxtəlif firmalara vəsait ödənilib, müvafiq təsdiqedici sənədlər olmadan inventar və avadanlıqlara texniki xidmət üçün vəsait xərc edilib, alınmış elektron lövhələr istifadəsiz saxlanılıb, avtonəqliyyat vasitələrinə normadan artıq cari təmir işləri yerinə yetirilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait ödənilib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib.
Malların (işlərin və xidmətlərin) satınalınması zamanı bir sıra hallarda “Dövlət satınalmaları haqqında” qanunun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın tələblərinə əməl edilməyib, satınalma keçirilmədən vəsait xərc edilib, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara görə artıq vəsait ödənilib, məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə nəzərdə tutulmuş vəsaitlər ayrı-ayrı müqavilələrə bölünüb.
Hesabatda qeyd edilmiş nöqsanlar dinlənilib, İdarə tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə satınalmanın ayrı-ayrı müqavilələrə bölünməsinə, malların ehtimal olunan qiymətinin mövcud qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi nəticəsində artıq xərcə yol verilməsinə görə, eləcə də təyinatdankənar xərcə yol verildiyinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədi ilə müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
Regional İdarə tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi də nəzərə alınmaqla Kollegiya Qərarında həmçinin malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” qanunun və dövlət satınalmalarını tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə tam əməl edilməsi, mal-materialların bazar qiymətlərindən baha alınması nəticəsində artıq ödənilmiş vəsatlərin dövlət büdcəsinə bərpası, istifadəsiz saxlanılmış inventarların istifadəsi ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, maliyyə hesabatlarında və digər hesabatlarda qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmaqla 2018-ci ilin maliyyə hesabatlarının tərtib olunaraq Hesablama Palatasına təqdim edilməsinin təmin olunması göstərilib.
Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə ölkə qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün Hesablama Palatasının Kollegiya qərarı və Auditor hesabatının surəti Mədəniyyət Nazirliyinə və Sumqayıt Regional Mədəniyyət İdarəsinə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadəsinə dair.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunmuşdur. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının göndərilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.
Kollegiyada 2019-cu ilin 6 ayında kənar dövlət maliyyə nəzarətinin nəticələri üzrə Hesablama Palatasının qəbul etdiyi Kollegiya Qərarlarının icra vəziyyəti barədə auditorların məruzəsi dinlənilmiş, müvafiq tapşırıqlar verilmiş, eyni zamanda İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilmişdir.
İclasın sonunda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyun tarixli 1284 nömrəli Sərəncamına əsəsən Hesablama Palatasının bir sıra əməkdaşlarına “Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə” görə təltif olunduqları “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim edilmişdir.