Sarımsağın faydaları nələrdir?
    • 6-12-2024, 17:40
    • 141

Sarımsağın faydaları nələrdir?

Sarımsaq, dünyanın ən qədim mədəni bitkilərindən biri olaraq, kəskin qoxusu və unikal dadı ilə tanınır. Sarımsaq bitkisinin ən çox istifadə edilən hissəsi ağ, perqamentə bənzər bir qabıqla əhatə olunmuş səkkizdən 20-dək fərdi gözyaşı şəklində yarpaqlara malikdir. Sarımsaq bağırsaqları təmizləyir və şəkər xəstəliyindən xərçəngə qədər sağlamlığa faydalı təsir göstərir. Yeməklərin əvəzolunmazı olan sarımsaq xalq arasında təbii antibiotik kimi də tanınır. 

News24.az sarımsağın faydalarını təqdim edir:

Sarımsağın immuniteti gücləndirərək orqanizmi infeksiyalara qarşı qorumaq, bakteriya, göbələk və parazitləri bədəndən uzaq tutmaq, qan şəkərini, xolesterini və təzyiqi tənzimləmək, qaraciyər sağlamlığını dəstəkləmək kimi faydaları vardır. Sarımsaq immunitet sistemini gücləndirir və virusların hüceyrələrdə çoxalmasının qarşısını alır.

Sarımsağın tərkibindəki antioksidantlar bədəni sərbəst radikalların səbəb ola biləcəyi oksidləşdirici zərərdən qoruyur, xüsusən də yaşlanma ilə bağlı hüceyrə zədələnməsinin və idrak qabiliyyətinin azalmasının qarşısını alan antioksidanlar. Bu, Alzheimer xəstəliyi və digər demans növlərinin inkişaf riskini azalda və ya inkişafını yavaşlatmağa kömək edə bilər. 

Sarımsaq C vitamini, B6 vitamini və manqanla zəngindir. Qan təzyiqini, ümumi və LDL (pis) xolesterini aşağı salaraq ürək xəstəliyi riskini azaldır. Qrip və soyuqdəymə kimi xəstəliklərin qarşısını alır və simptomları azaldır. Bədənin yoluxucu xəstəliklərə qarşı müdafiəsini və sümük sağlamlığını gücləndirir. Sarımsaq fiziki performansı artırır və bədəni enerji ilə təmin edir. Məşqlə əlaqəli oksidləşdirici stressi, əzələ zədələnməsini və bunun səbəb olduğu ağrıları azaltmağa kömək edir. 

Sarımsaq təbii antibiotikdir və immuniteti gücləndirir

Bakteriyaları, göbələkləri və parazitləri bədəndən uzaqlaşdırır

Soyuqdəymə və qripin qarşısını alır

Sarımsaq qan təzyiqi və xolesterin səviyyəsini aşağı salmağa kömək edir

Ürək xəstəlikləri riskini azaldır

Bədənin enerji səviyyəsini artırır

Alzheimer və demans inkişaf riskinin qarşısını almağa kömək edir

Oynaq və sümük sağlamlığını dəstəkləyir

Sərbəst radikallardan qoruyur

Qan təzyiqini aşağı salır

Məşqlə əlaqəli əzələ zədələrini azaldır

Sidik kisəsi infeksiyalarına qarşı təsirlidir

Qaraciyəri qoruyur

Sarımsaq manqan, vitamin B6 və C, həmçinin selen və lif mənbəyidir.


Ağa Dadaşzadə