Saakaşvili “Rustavi 2”-də Putinin təhqir olunmasına münasibət bildirdi
    • 9-07-2019, 15:33
    • 766

Saakaşvili “Rustavi 2”-də Putinin təhqir olunmasına münasibət bildirdi

“Uzun illər onlar (Rustavi -2) mənim ünvanıma hər şey dedilər. Bu, onların metodudur. Düşünürəm ki, bizə onların yolu ilə getmək lazım deyil”. 

News24.az Rusiya KIV-nə istinadən xəbər verir ki, bu sözləri Mixail Saakaşvili “Rustavi 2” telekanalının aparcısı Georgi Qabuniyanın Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi təhqirlərlə bağlı növbəti açıqlamasında deyib.
 
Qeyd edək ki, Rustavi-2-də yayımlanan “P.S.” proqramının aparıcısı Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib. Bundan sonra televiziya binası qarşısında yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası təşkil olunub.