-
- 10-07-2019, 11:11
- 1 294
Bakıda 2 bacısını vəhşicəsinə öldürən şəxsdən YENİ XƏBƏR
Bakıda iki bacısını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib.
News24.az-ın məlumatına görə, Buzovna qəsəbəsində bacılarını amansızlıqla qətlə yetirən Əhlimanov Muxtar Şirbala oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına verilib.
Qeyd edək ki, bu il aprel 15-də Buzovna qəsəbəsində, əvvəllər məhkum olunmuş Muxtar Əhlimanov ailə münaqişəsi zəminində bacıları Səadət Əhlimanovaya (1964-cü il təv) və Məlahət Əhlimanovaya (1962-ci il təv.) bıçaqla xəsarətlər yetirib. Nəticədə Səadət hadisə yerində, digər bacısı isə səhərisi gün xəstəxanada vəfat ediblər.
Daxil olan məlumat əsasında hadisə yerinə ekspertin iştirakı ilə baxış keçirilib, həmin tarixdə M.Əhlimanov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, həbsxanadan qayıdan Muxtar valideynlərindən qalan torpaq sahəsinin bir hissəsini satıb, pulunu ona verməsini tələb edib. Buna görə bacıları ilə aralaranda ölümlə nəticələnən mübahisə düşüb.