-
- 11-03-2020, 11:00
- 861
Bacısını qəbiristanlığa aparıb başını kəsən şəxsdən YENİ XƏBƏR - FOTO
Bir neçə ay əvvəl Bakıda gənc bacısını qəbiristanlığa apararaq vəhşicəsinə qətlə yetirən şəxs barəsində açılan cinayət işinin istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, bacısı Aytən Fərzalıyevanı Ceyranbatanda qəbiristanlığa apararaq amansızlıqla öldürən Fərzalıyev Babək Asəf oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə bildirib ki, başı kəsilərək qətlə yetirilən Aytən Fərzəliyeva bir müddət Birliyin Sığınacağında yaşayıb:“Onun qeyri-rəsmi nikahdan bir övladı olub. Fikrimcə, bu, çoxdan yarım qalan bir ailənin yekunu idi. 2014-cü ildə 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar etmişdilər. Anası və bacısı özünü binadan atanda Aytənin həyatına təhlükə olduğu üçün onu bizim sığınacağa yerləşdiriblər. Atası onları ölüm həddinə çatdırdığı üçün dörd il müddətinə azadlıqdan məhrum olub”.
Qeyd edək ki, A.Fərzəliyeva doqquz aylıq uşaq anası olub.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov isə bildirib ki, Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanılıb.
Onun sözlərinə görə, noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlü Babək Fərzəliyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzəliyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
İlkin istintaqla hadisənin Babək Fərzəliyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzəliyevanı qəsdən öldürdüyünü etiraf edib.