Niki Minajın konserti ləğv edildi
    • 31-05-2024, 22:10
    • 151

Niki Minajın konserti ləğv edildi

Ötən həftə amerikalı reper Niki Minaj İngiltərənin Mançester şəhərindəki konsertindən əvvəl yanında götürdüyü narkotiki ölkədən çıxarmağa cəhd etdiyi üçün hava limanında saxlanılıb.

News24.az xəbər verir ki, bu hadisədən sonra məşhur müğənninin  iyunun 2-də Amsterdamda verəcəyi konserti ləğv edilib.

Konsertin təşkilatçısı cümə günü verdiyi açıqlamada konsertin ləğv edildiyini bildirib.

Saxlanılan hadisədən sonra Minaj İngiltərədəki şoularını son anda təxirə salmalı olub. 

BBC xəbər verir ki, Minaj bu cinayətə görə 380 dollar cərimələnib.

Günel Məlikzadə