-
- 10-07-2019, 14:48
- 1 943
Ermənilər Luvrdakı xalçalarımızı mənimsəməyə çalışır - SOS
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” İnstitutu Luvr muzeyində sərgilənən Azərbaycan xalçalarının ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinə münasibət bildirib.
Xatırladaq ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi nümayiş olunub. Və həmin sərgidə ilk dəfə sözügedən muzeydə saxlanılan üç Azərbaycan xalçası ölkəmizə gətirilərək nümayiş olunub.
Həmin sərgidən sonra ermənilər cidd-cəhdlə müxtəlif saytlarda, informasiya mənbələrində həmin xalçaların onlara aid olduğunu iddia edən materiallar dərc etməyə başlayıblar.
Xalçaşünaslıq sektorundan News24.az-a verilən məlumata görə, bu gün Azərbaycan xalçalarının bir çoxu Parisdə "Luvr", Londonda "Viktoriya və Albert", Nyu-Yorkda "Metropoliten" və s. kimi bir çox məhşur muzeylərin, şəxsi kolleksiyaların bəzəyinə çevrilib: "Bu xalçaların hər birinin öz tarixçəsi var. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində nümayiş olunan xalçalara gəlincə, ermənilər, sadəcə bu tədbirdən yararlanmağa çalışırlar. Erməni mətbuatı sərgidə nümayiş olunan 3 xalça üzərində xaç işarələrini əsas götürüb onları "erməniləşdirməyə" cəhd göstərir. Deyirlər ki, guya ermənilər xalçanı "hələ e.ə. II əsrdən toxuyublar", "carpet" beynəlxalq sözü əslində erməni sözüdür. Halbuki Luvr Muzeyindən ölkəmizə gətirilən bu üç xalça XVIII əsrin sonu – XX əsrin əvvəllərinə aiddir. Qarabağ xalçaçılıq ənənələrini əks etdirən bu xalçaladan ikisi inkişafı bilavasitə Azərbaycan xalçaçılığı ilə əlaqədar olan "Əjdahalı" xalçasının törəmələri, biri isə tarixən aran Qarabağda, daha doğrusu, Ağdamın Şıxbabalı kəndində toxunan xalçadır. Göstərilən tarixi mərhələ Azərbaycan xalçaçılığının ən məhsuldar dövrlərindəndir. XVIII əsrin sonundan etibarən Azərbaycanda bu və digər xalça çeşniləri əsasında böyük ustalıqla saysız-hesabsız xalçalar toxunub. İndi də bu tarixi ənənə uğurla davam etdirilir, yaşadılır, xalçaçılıq nəinki mədəniyyətimizin, eyni zamanda iqtisadiyyatımızın da aparıcı sahələrindən birinə çevrilir. Biz azərbaycanlılar xalçaçılığı heç bir səs-küy olmadan, əlavə canfəşanlıq göstərmədən, "bizimdir, bizimdir!" deyərək yox, xalçaya xalçaçı kimi yanaşaraq yaşadırıq."
Luvr Muzeyindəki xalçalar haqda niyə indiyədək məlumat verilməyib sualını isə sektor əməkdaşları belə cavabladılar: “ Luvr Muzeyi son zamanlar təqdiqat üçün qapılarnı açıb. Amma “Metropoliten”, “Viktoriya-Albert, “Boston” muzeylərindəki maddi sərvətlərimiz kifayət qədər araşdırılıb. Eyni zamanda bir çox şəxsi kolleksiyalardakı xalçalarımız öyrənilib”.