Məşhur mineral su brendi yoxa çıxmaq üzrədir
    • Bu gün, 18:04
    • 249

Məşhur mineral su brendi yoxa çıxmaq üzrədir

Məşhur Fransa mineral su brendi Perrier müflis olmaq üzrədir.

News24.az “Medicina”-a istinadla xəbər verir ki, buna səbəb suyun keyfiyyətinin getdikcə pisləşməsidir.

Fransanın ARS agentliyi zavodda inspeksiyadan sonra suda virusoloji riskin olduğunu bildirib.

Perrier Nestleyə məxsusdur, ARS onlara suyun istehsalını dayandırmağı tövsiyə edib.

Əgər tədbirlər nəticə verməzsə, növbəti ildə mədəndən su götürüb qablaşdırma lisenziyası uzadılmaya bilər.

Perrier mineral suyu uzun illərdir keyfiyyətli və bahalı su brendi kimi tanınır.