-
- Dünən, 22:32
- 240
Deputatın maşınına bomba qoyuldu
Naməlum şəxs Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun avtomobilinə bomba qoyduğunu açıqlayıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.
"Mənbələrin bildirdiyinə görə, naməlum şəxs təcili xidmətə zəng edərək, Kartapolovun avtomobilini partlatmaq üçün işə götürüldüyünü bildirib. Zəng edən şəxs maşının altına bomba qoyduğunu bildirib”, - məlumatda bildirilib.
Qeyd olunur ki, hazırda deputatın Rujeynidə dayanmış avtomobili mütəxəssislər tərəfindən yoxlanılır, Rusiya Qvardiyası və polis əməkdaşları hadisə yerindədir.