-
- 11-07-2019, 14:00
- 1 699
Mübariz Tağıyev: “Hay-küy salmayın, Yalçın hər şeyi ürəyinə salandır”
“Yalçın Rzazadə hazırda evdədir. Həkim nəzarətindədir. Öd kisəsində, mədəsində problemlər yaranıb”.
Bunu News24.az-a Yalçın Rzazadənin dostu, xalq artisti Mübariz Tağıyev bildirib. Onun sözlərnə görə, bir neçə dəqiqə əvvəl həm həkimi, həm də ifaçının özü ilə əlaqə saxlayıb: “Vəziyyəti o qədər də yaxşı deyil. Zəhərlənmə qanına keçib. Neçə gündür həkimlər müayinə, müalicə edirlər”.
Sənət dostuna şəfa arzulayan ifaçı mətbuatda onunla bağlı yayılan məlumatlardan narahat olduğunu da deyib: “Yalçın çox həssas insandır. Hər şeyi ürəyinə salır. Saytlardan onunla bağlı nəsə yazanda diqqətli olmağı xahiş edirəm”.
Qeyd edək ki, Y.Rzazadənin oğlu Yusif Rzazadə də “Report”-a açıqlamasında açıqlamasında atasının hazırda evdə olduğunun və durumunun yaxşı olmadığını deyib: "Atamın vəziyyəti yaxşı deyil. Öd kisəsində problemlər yaranıb və qanına zəhərlənmə yayılıb. Bununla yanaşı mədəsində də bir neçə problem aşkarlanıb. Hazırda analizləri vermişik və cavabını gözləyirik. Analizlərin cavabından sonra atamın səhhəti ilə bağlı yekun qərar veriləcək. Əməliyyat olunacağını ehtimal edirəm".
Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar ötən gün Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi...