Müdafiə Nazirliyinin Baş İdarəsində TOPLANTI KEÇİRİLDİ
    • 11-07-2019, 18:26
    • 3 951

Müdafiə Nazirliyinin Baş İdarəsində TOPLANTI KEÇİRİLDİ

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin ikinci rübünün yekunlarına dair toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığı və  mənəvi-psixoloji vəziyyəti, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.

Yekunda Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov çıxış edərək cari ilin növbəti rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.