Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək ölüb - FOTO
    • 12-07-2019, 00:26
    • 710

Bakıda avtoyuyucu müştərinin avtomobili ilə qəza törədərək ölüb - FOTO

Bakıda yol qəzası baş verib.

Hadisə Nərimanov rayonunda, "Bakmil" metro stansiyasının yaxınlığında qeydə alınıb.

Avtoyuma məntəqəsinin işçisi "Honda CRV" minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.