1 yaşlı körpə qəza zamanı öldü
    • 5-03-2020, 23:04
    • 1 135

1 yaşlı körpə qəza zamanı öldü

Saatlıda 1 yaşlı körpə qəza zamanı ölüb.

News24.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun Saatlı rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Saatlı rayon sakini Şəmmədov Ceyhun idarə etdiyi "Vaz-2106" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarında maneəyə çırpıb.

Qəza zamanı C.Şəmmədovun 1 yaşlı övladı Uğur Şəmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.