Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
    • 21-12-2024, 23:00
    • 174

Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd qan xərçənginin residivindən Moskvada müalicəyə başlayıb.

News24.az-ın xarici mətbuata istinadla məlumatına görə, Əsma Əsəd əri vətənini tərk etməmişdən bir neçə həftə əvvəl Moskvaya gəlib.

Bundan əlavə, Əsma Əsədin valideynləri Rusiyanın paytaxtındadır. Əsədlərin Əbu-Dabidəki Sorbonna Universitetində oxuyan qızı Zain də Moskvaya gəlib.

Bu il Suriyanın keçmiş birinci xanımına kəskin miyeloid leykemiya diaqnozu qoyulub, 2019-cu ildə isə Əsma Əl-Əsədin döşündəki bədxassəli şişi götürülüb. Sonra sağaldığını elan edib. \\lent.az