-
- 21-05-2024, 17:27
- 254
Suriya liderinin həyat yoldaşına leykoz diaqnozu qoyuldu
Suriya prezidenti Bəşər Əsədin ofisindən verilən açıqlamada 2019-cu ildə döş xərçənginə qalib gələn İngiltərə əsilli həyat yoldaşı Esmanın leykemiya diaqnozu qoyulduğu bildirilib.
News24.az xəbər verir ki, açıqlamada bildirilib, "Birinci xanım Əsma Əsədə infeksiyaya qarşı mübarizədə rol oynayan ağ qan hüceyrələrinin aqressiv xərçəngi olan kəskin miyeloid leykemiya diaqnozu qoyulub".
Esma Əsədin infeksiyaya yoluxmamaq üçün sosial məsafə tələb edən “xüsusi müalicə protokoluna” məruz qalacağı və “müalicə planının bir hissəsi olaraq bütün birbaşa görüşlərdən müvəqqəti olaraq çəkiləcəyi” ifadə edilib.
Qeyd edək ki, 1975-ci ildə İngiltərədə anadan olan keçmiş investisiya bankiri özünü mütərəqqi hüquq müdafiəçisi və 2011-ci ildə ölkədə vətəndaş müharibəsi başlamazdan əvvəl Əsəd sülaləsinin müasir siması kimi təsvir edib.
Günel Məlikzadə