-
- 15-07-2019, 12:40
- 1 481
"Yalnız xaricilər deyil, yerli turistlər üçün də şərait yaradılmalıdır"- Günay Sağlam- FOTO - VİDEO - MÜSAHİBƏ
Yaxın vaxtlarda Azərbaycanda otel sektorunda bir sıra dəyişikliklər gözlənilir. Mövzu ilə bağlı bu və digər suallara cavabı Azərbaycan Hotellər Asosasiyasının Baş icraçı direktoru Günay Sağlamın News24.az-a müsahibəsindən oxuya bilərsiniz.
- Günay xanım, otellərə nəzər saldıqda son dövrlər Azərbaycana daha çox hansı ölkədən turistlər gəlir?
- Azərbaycan son zamanlar tanınmış destinasiyaya (turizm mərkəzləri) çevrilib. Gözəl bir haldır ki, mötəbər tədbirlərin keçirilməsilə əlaqədar ölkəmizə bir çox yerlərdən turistlər gəlməyə başlayıb. Artıq Azərbaycanı turzim destinaiyası olaraq tanıyırlar. Son aylarda müşahidə etdiyimiz turistlər ən çox Rusiyadan gəlib. Mərkəzi və Cənubi Asiyadan gələnlər də var, düzdür ötən illərə nəzər saldıqda azalma müşahidə edilir. Amma Orta Asiyadan gələn turistlər çoxluq təşkil edir.
- Ötən illər ərəb turistlərinin ölkəmizə səfəri daha çox müşahidə edilirdi, sonradansa bu axın nisbətən seyrəldi. Bunun Azərbaycanda turizm istiqamətlərinin düzgün qurulmamasıyla bağladılar...
- 15 illik təcrübəmə əsaslanaraq bildirirəm ki, bu fikirlə qətiyyən razı deyiləm. Biz satış marketinqimizi quranda heç vaxt bir bazara istiqamətlənməmişik. Yalnız bir hədəfi nəzərə almaq böyük bir risqdir. Əgər bu işdə uğur əldə etmək istəyiriksə, bir çox ölkələrlə turizm əlaqələrini genişləndirmək lazımdır. Bir neçə ay əvvəl Çinlə Azərbaycan arasında bir memorandum imzalandı. Bundan sonra Çin turistləri Azərbaycana gəlməyə başladı, eyni zamanda Rusiyadan gələn turistlərin sayında da artım var. Yəni biz əgər turizmin inkişafını istəyiriksə, bu işi müxtəlif istiqamətdə, müxtəlif ölkələrlə aparmalıyıq.
Onu da qeyd etməliyəm ki, Dövlət Turizm Agentliyinin və Turizm Bürosunun marketinq üzrə çox fəal işləri var. Artıq Hotelçilər Birliyi olaraq bərabər bu işin içindəyik. Bir çox ölkələrdə Azərbaycanın simasının, gözəl yerlərinin tanıdılmasında birgə iştirak edirik. Yenə də sualla bağlı onu deyə bilərəm ki, Orta Şərq bazarından əldə olunan uğur uzun müddətli deyil. Çünki onlar bir çox ölkələrə gedirlər. Amma biz deyə bilmərik ki, artıq bizə həmin ölkələrdən turistlər gəlmir.
Ümumiyyətlə, Azərbaycana turistlər müxtəlif səbəblərdən gəlir. İlk dəfə gələn olur, iş üçün, mötəbər oyunlarla bağlı gələnlər və s. Yalnız eyni turistin 2-3 dəfə gəlişindən sonra müəyyən edirik ki, bunlar məhz Azərbaycanı bəyəndiklərinə görə səfər edirlər, onların ölkəmizdə görmədiyi yerlər qalıb. Bizdə həm destinasiyaynın inkişafı, həm də tanıtım işləri gedir, əgər biz əvvəldən bu yolla getsəydik, yalnız orta Şərq deyil, bütün dünyanı cəlb edərdik. Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir.
“UEFA Çempionlar liqası”, “Eurovision” Musiqi yarışması, Olimpiya oyunları, “Formula 1” oyunları zamanı bütün ölkələrin gözü bizdə olur. Həmin tədbirlər destinasiyanı göstərmək üçün bir şansdır. Heç statistikaya baxmaq da lazım deyil, şəhərin mərkəzinə nəzər salmaq kifayətdir ki, bunu görək. Yenə da deyirəm, həm destinasiya, həm də onun tanıdılması önəmlidir, bu yöndə də hazırda səmərəli işlər görülür.
- Yaxın vaxtlarda Azərbaycan hotellərində ulduz standartlarının tətbiq olunması gözlənilir. Amma cəmiyyətdə bununla bağlı bir inamsızlıq var, bildirilir ki, hətta ulduz olsa belə, hotellər özünü doğrultmayacaq…
- Əslində Azərbaycanda Hotellər Assosasiyası yaradılanda və industriyanı bir araya toplayanda biz fikirləşdik ki, artıq keyfiyyətə önəm verilməlidir.
Yəni böyük, dəbdəbəli hotellər tikilir, onun yanında balaca hotellər də tikilir. Amma biz keyfiyyətdə hardayıq, bizi kimlər tanıyır, bu, gələn turistlərə necə təsir edir? Bax, bu baxımdan hotellərin keyfiyyəti olduqca vacibdir. May ayında Azərbaycan Hotellər Assosasiyası 43 ölkə arasında “Hotrec” və “Hotel Stars Union”un nümayəndəsi seçildi. O ölkələrdə kefiyyət standartı vacib amil sayılır. Azərbaycanın o ölkələrin arasında olması da, olduqca əhəmiyyətlidir. Çünki biz eyni təkmilləşməni Azərbaycanda da tətbiq edəcəyik. Azərbaycanda hotellərin keyfiyyəti başqa ölkələrlə müqayisədə yaxşıdır, amma yenə də, hər il keyfiyyət standartlarının ölçülməsi vacibdir, çünki bunlar dəyişir.
Ulduz təsnifat sistemini Avropa standartlarına uyğun olaraq Azərbaycanda tətbiq etməyə çalışacağıq. Əslində bu könüllü xarakter daşıyacaq. Hotel sahibi istədiyi ulduzu seçib, işini də buna uyğun tənzimləyəcək. Bunun da bir sıra kriteriyaları var. “Hotel Stars Union” çox böyük qurumdur, ən böyük Avropa ölkələrində bu sistem tətbiq olunur və bizə həmin kriteriyalar bu qurum tərəfindən veriləcək. Öz keyfiyyətini, standartını göstərmək üçün hotellərə ulduz standartları vacibdir. Qonaq hoteldə nə görmək istəyirsə, hotel sahibləri də buna uyğun olaraq işini quracaq. Əslində bu tələbləri həyata keçirmək elə də çətin deyil. Hotellərə bu, öz standartlarının göstərilməsi üçün lazımdır. Eyni zamanda, qiymətin tənzimlənməsində də bunun rolu olacaq. Çünki “3 ulduz” xidməti verən hotelin özünə “5 ulduz” deməsi, əlbəttə düzgün deyil. Bunu tənzimləyən faktor mütləq lazımdır. Bu gün mən hotel sahibi olsam və özümə güvənsəm, düzgün standartlar varsa, prosedurları qaydasında edirəmsə və 5 ulduzu almaq üçün çalışaram. Buna can atmaq, bu marketinq üçün lazımdır. Bununla Azərbaycan hotelləri dünyada tanınmağa başlayacaq. Onu da diqqətinizə çatdırım ki, biz veb saytımızda o hotellərin siyahısını da verəcəyik.
- Azərbayanda yeni otellərin açılacağı gözlənilirmi?
- Yeni otellərin açılması gündəmdədir. Böyük hotel qruplarının planları yaxın zamanda açıqlanacaq. Bakıda artıq hotellərin sayı yetərincə çoxdur, 2-3 il bundan əvvəllə müayisədə artım görünmür. Onsuz da Bakıda brend hotellər yenə də olacaq. Əsasən regionlarda yeni dizaynda, yeni standartlara cavab verəcək hotellərin tikintisinə üstünlük veriləcək. Dövlət tərəfindən buna dəstək var.
- Gözəl təbiəti olan elə ərazilərimiz var ki, orada hotel yoxdur, məsələn Xınalıq, Lahıc kimi yerlərdə hotellərin tikintisi gözlənilirmi?
- Bayaq dediyim kimi, Azərbaycan destinasiya olaraq tanınmağa başlayıb. Maraqlıdır ki, Türkiyəyə gedəndə insanlar daha çox təbiətinə baxırlar, daha sonra otel axtarışına çıxırlar. Bizdə isə fərqli bir anlayış var, əvvəl otel seçirlər, sonra ətrafına baxırlar. Düzdür, Azərbaycanda çox gözəl yerlər var. Sadaladığınız yerlərin özündə hotel olmasa da, yaxın ərazilərdə var. Ordan turlar təşkil olunur. Əlbəttə, sizinlə razıyam belə bölgələrdə turizm daha çox inkişaf etməldir. Daha çox infrastruktur olmalıdır. Bununla bağlı Dövlət Turizm Agentliyi bu bölgələrin daha çox tanınması üçün ilk olaraq həmin ərazilərdə infrastrukturun inkişafı üçün çox böyük işlər aparır. Bundan sonra həmin yerlərdə hotel tikintisinə başlanacaq. Əvəllər ilk olaraq hotellər tikilir daha çox infrastruktur qurulurdu, amma sonradan bunun əziyyətini çox çəkdik. Indi isə hotel sektoru olaraq daha çox təkmilləşmişik, indi bilirik ki əvvəldən nələr olmalıdır. Əvvəlcə infrastrukturun hazırlanması, daha sonra otellərin tikilməsi lazımdır. Yalnız otel deyil, eyni zamanda turistik yerlərin tikintisindən də söhbət gedir.
- Azərbaycanda ən bahalı və ən ucuz hotel hansılardır?
- Qiymətlər o qədər tez dəyişir ki, bunu dəqiq demək mümkün deyil. Biz də veb-saytlardan izləyirik, ən bahalı və ən ucuz hoteli sizə heç kim deyə bilməz. Amma 5 ulduzlu hotellərin arasında bir neçə brend var ki, ən yüksək xidmətləri göstərirlər. Regionlarda da belə otellər var. Yüksək qiymət və yüksək xidmət səviyyəsini təşkil edirlər. Ən ucuz hotellər də, hostellərdən sonra bir ulduzlu hotellər var ki, həm Bakıda, həm də regionlarda var. Burada da qiymətin formalaşması verdiyi xidmətdən asılıdır. Çünki nə qədər qonağa xidmət göstərilirsə, ona görə də qiymət dəyişir.
- Yaydır, hər kəs istirahət etmək istəyir. Amma qiymətlər baha olduğuna görə, hotellərdə istirahət hamının büdcəsinə uyğun gəlmir…
- Biz yaxın vaxtlarda hotellər arasında qiymətləri formalaşdıran meyarlarla bağlı görüş keçirdik. Hotelçilər də bir sərmayədardır. Onlar da yay mövzümü zamanı işləyirlər. Biz hamımız, hotelçilər də istəyərdi ki, bizim vətəndaşlarımız hotellərdə istirahət edə bilsin. Amma yay mövsümü də 3-4 ay olduğuna görə, hotellər var gücü ilə çalışırlar. Əldə olunan həmin məbləğlə bütün ilin xərclərini ödəməyə çalışırlar. Buna heç kim müdaxilə edə bilməz. Çünki bu bir kapital qoyuluşudur, bir investisiyadır. Bunun dəyişməsi üçün orta təbəqəli otellərin açılması lazımdır, 2,3 ulduzlu otellərin, istirahət mərkəzlərinin sayı çoxalmalıdır. Yalnız xarici turistlər deyil, yerli turistlər üçün də şərait yaradılmalıdır. Hətta yerli insanlar özləri də eko-turizmə dəstək olaraq evlərini otelə döndərə bilərlər. Bu da bir biznesdir.
- Bəzi hotellər “nikah haqqında” şəhadətnaməni tələb edir. Belə bir qayda varmı?
- Hotellərlə bağlı dövlət tərəfindən belə bir qayda qoyulmayıb. Bəzi hotellər bunu öz konsepsiyasına uyğun edirlər. Çünki ailə hoteli adını əsas götürüblər. Amma dünyanın heç bir yerində belə bir qayda yoxdur. Bəzən hotelçilər bir sıra belə problemlərlə üzləşirlər. Biz bunu çox araşdırdıq, Dövlət Turizm Agentliyinə bununla bağlı müraciət etdik. Hotellər də şikayət edirlər ki, bəzi qurumlar bununla bağlı narazılıq edirlər. Amma qayda olaraq belə bir şey yoxdur yoxdur.
- Hotellərdə oğurluq baş verərsə, bunun məsuliyyətini kim daşıyır?
- Bu, hotelin məsuliyyəti deyil. Otaqlarda seyflər olur. Gələnlərə qiymətli əşyaları seyfə qoymaq tapşırılmalıdır. Eyni zamanda, gələn hər qonaq qeydiyyatdan keçməlidir. Əslində hotelin sonradan problem yaşamaması üçün belə bir qeydiyyatın aparılması məqsədyönlüdür. Oğurluq kimi hallarda bu, daha mühümdür. Əslində bu hər bir hotelin öhdəliyi olmalıdır. Həm qonaqların təhlükəsizliyi, həm də gələcəkdə lazım olduqda qeydiyyatda olan şəxs haqqında məlumatlar əldə olunmaq baxımından bu, vacibdir. Eyni zamanda, hotellərdə kamera sistemləri var, oteldə baş verənlər orda da qeydə alına bilər.
- Hotellərdə bir çox hallarda natəmizliklə, eyni zamanda aşağı xidmət səviyyəsi ilə üzləşirik. İnsanlar müəyyən qədər məbləğ ödəyərək gözləmədikləri xidmətlə rastlaşırlar. Ulduz standartaları tətbiq olunandan sonra bunlar nəzərə alınacaqmı?
- Ən böyük nəzarətçi elə qonağın özüdür. Əlbəttə, təkmilləşmə zamanı bizim müfəttişlər də orda olacaq. Amma biz hər gün orada deyilik, onları görmürük. Qalan qonaqların rəyi çox vacibdir. Ona görə bütün yaxınlarıma, dostlarıma, turistlərə bildiririk ki, müəyyən saytlarda, resurslarda fikirlərini yazsınlar və görülən işləri qiymətləndirsinlər. Sərmayədarlar bəzən dəbdəbəyə önəm verir, mebelin, avadanlıqların bahalı olmasına çalışırlar. Bu amillər daha çox nəzərə alınmalıdır. O qiymətləndirmə aşağı düşəndən, rəyləri görəndən sonra biz otelə gedib, yoxlama aparırıq.
Servis və gigiyena, qonaqların təhlükəsizliyi hoteldə birinci yerdə durur. Ən vacib isə xidmət, təhlükəsizlik və gülərüz personalın olmasıdır. Əlbəttə, biz öz iradlarımızı, tələblərimizi irəli sürürük, düşünürük ki, bu hotellərin daha məsuliyyətli olmasına təkan verəcək. Hotel bizim evimizdir. Qonaqlarımızı qəbul edirik. Azərbaycana gələn turist ilk olaraq hotelə gəlir, müvəqqəti evi sayılır və ölkə haqqında ilk fikri burada formalaşacaq. Bu hamımızın məsuliyyətidir.
- Hotelə işçi qəbulu zamanı hansı meyarlar nəzərə alınır?
- Hotellər artıq hazır kadr istəyir. 7-8 il bundan əvvəl hotelçilik yeni-yeni inkişaf etdiyi vaxtlarda hər kəsi işə götürürdülər. Amma indi Azərbaycanda peşəkar kadrlar var. Hotelçilikdə maaşlar yüksəkdir, buna görə də tələblər də yüksəkdir. Dil biliyi, xarakter çox vacibdir, hər insan hoteldə işləyə bilməz. Bununla bağlı bir çox universitetlərlə işləməyə başlamışıq. Yeni məzunlar cəlb etməyə çalışırıq. Çünki hotelçilik elə bir məsləkdir ki, tez inkişaf edir. Mətbəxdə bir işçi olaraq başlayıb, 10 il ərzində baş müdir vəzifəsinə qədər inkişaf edə bilirsən. Bu sənin bacarığından irəli gəlir. Əgər qonaqlara xidmət etməyi sevirsənsə, bu işdə irəli gedəcəksən. Hotelçilik dəyişilib, bir çox meyarlar var, həm iqtisadi, həm satış -marketinq biliklərin olmalıdır. Hoteldə işləyən adam hər yerdə işləyə bilər. Mən özüm də 15 il bu sahədə işləmişəm, işimi çox sevirəm. Baxmayaraq ki, çox fərqli yöndə öxumuşam. Amma bu yoldan keçmişəm, sadəcə çox çalışmaqla çox gözəl nəticələr əldə etmək olar.
Eyni zamanda, hotellər üçün yeni strateji yol cızırıq. Bizi dəskəkləyən otellər çoxdur, bu, müsbət haldır. Hotelçilərin daha çox inkişaf etməsi üçün biz lap əvvəldən-ilk olaraq təhsildən başlamalıyıq. Bu sahədə yeni, peşəkar kadrların inkişafı çox vacibdir. Azərbaycan Turizm və Menecment Universiteti ilə görüş keçirdik. İndustriyanın tələbləri nədir, nəyə görə, universitet tələbələrini işə götürmürlər, universitetin hazırladığı kadrlar hotelçilik işinə uyğundurmu, kriteriyalar nədən ibarətdir? Bax, bununla bağlı universitetə təkliflərimizi verdik.
- Hotel rəhbərləri arasında işini düzgün aparmayanlar cəzalandırılıbmı?
- Bunu tənzimləyən qurum yoxdur. Hələ ki bizim hotellər buna hazır deyil. 10-15 brend hotel varsa, orda sistem Çünki korporativ şirkətlər öz işçilərinə rəy blankını doldurmağa icazə verir. Həmin rəhbər haqqında məlumat və fikir forlmalaşır. Amma mən inanmıram ki, Azərbaycanda belə bir rəy sistemi var. Amma bu, çox gərəkli bir sistemdir, bunu tətbiq etsək, müsbət nəticələr əldə olunar, sərmayədar da işi yoxlamaq üçün belə bir yoxlama apara bilər. Çünki bu, sırf sərmayədarın qərarıdır. Müdiri o seçir, işçilərin onun haqqında düşüncələri vacib məsələdir. Böyük korporativ şirkətlərdə üçüncü şirkət hər il həm öz müdiri, həm də baş müdirlə bağlı rəy keçirilir.
Söhbətləşdi: Afaq Mirayiq
Video: Adil Ağayev