“Hizbullah” İsrail ordusunun qərargahına HÜCUM ETDİ
    • Bu gün, 13:23
    • 369

“Hizbullah” İsrail ordusunun qərargahına HÜCUM ETDİ

Livan Hizbullah Hərəkatı Kamikadze Dronlarla İsrail Ordusunun 91-ci Diviziyasının Qərargahına Hücum Edib

"News24" "The Guardian"a istinadən xəbər verir ki, Livanın Hizbullah hərəkatının yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum ediblər. 

Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əsgər və zabitlərin mövqelərinə hücum təşkil edilib. "Birbaşa endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var," - məlumatda qeyd olunub.

Bu hücum İsrailin Livanın Bazuriya və Hula yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib (Mənbə: "BBC News").

Aqil Qarayev