-
- 3-01-2019, 17:07
- 1 116
Kosmosun əlçatmaz fəzasından ilk şəkillər yayıldı - FOTO
NASA agentliyi Günəş sisteminin insana məlum olan ən uzaq kosmik obyekti – 2014MU69 buz asteroidinin yanından ötüb keçmiş New Horizons (“Yeni Üfüqlər”) planetlərarası zondunun göndərdiyi ilk fotoşəkilləri dərc edib.
Bu haqda BBC məlumat yayıb.
Sözügedən obyekt Neptun orbitindən uzaqda yerləşir və Ultima Thule (Kainatın kənarı) adı ilə tanınır. Fotoşəkillərdən asteroidin qar adamına bənzəyən, bir-birinə bitişik iki hissədən ibarət olduğunu görmək olur.
Tədqiqat layihəsinin rəhbəri Alan Stern zondun asteroidə yaxınlaşmasının heç də asan başa gəlmədiyini bildirib. Ultima Thule asteroidinin sahəsi Vaşinqtonun sahəsinə bərabərdir. Dibçəkdə olan torpaq qatı nə qədər işıq görürsə, bu asteroid də o qədər işıq görür. Yəni zond asteroidi faktiki olaraq zülmətdə axtarıb. İndiyə kimi aparat Yerə topladığı informasiyanın yalnız 1 faizini göndərib. Bütün məlumatların qarşıdakı 20 ay ərzində toplanacağı gözlənilir. Qeyd edək ki, New Horizons zondu 12 il əvvəl Yerdən buraxılıb.
Ultima Thule harada yerləşir?
Asteroid Koyper kəmərində (Daxili planet kəməri və xarici qaz nəhəngləri kəmərindən sonra Günəş sisteminin üçüncü qatı) yerləşir. Dörd il əvvəl aşkarlanıb. Koyper kəmərində Ultima Thule-a bənzər minlərlə kosmik obyektin olduğu fərz edilir. Alimlər əmindir ki, sözügedən asteroidin tədqiq olunması 4,6 milyard il əvvəl Günəş sisteminin hansı şəraitdə yarandığını anlamağa kömək olacaq.
New Horizons zondu bundan sonra haralara uçacaq?
Tədqiqatçılar NASA-nın zondun missiyasını uzatmasını və yaxın 10 il ərzində Koyper kəmərində daha bir asteroidə yollanmasını istəyir. Belə ki, aparatın enerjisi hələ 2030-cu ilə kimi bəs edəcək.
//OxuAz