Batma təhlükəsində olan 7 nəfər XİLAS EDİLDİ
    • 13-07-2019, 10:55
    • 690

Batma təhlükəsində olan 7 nəfər XİLAS EDİLDİ

Sumqayıt, Zağulba, Lökbatan və Buzovna çimərlik və qeyri-çimərlik (nəzarətsiz) ərazidə 7 nəfər çimərkən batma təhlükəsilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslərin həyatı xilas edilib.

Xilas edilən şəxslərdən 4 nəfəri xarici ölkə vətəndaşı olub.