Bu gün biologiya və coğrafiya müəllimi olmaq istəyənlər imtahan verir
    • 13-07-2019, 12:14
    • 825

Bu gün biologiya və coğrafiya müəllimi olmaq istəyənlər imtahan verir

İyulun 13-də biologiya və coğrafiya fənləri üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, iyulun 12-də biologiya fənnindən keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanda namizədlərdən Aysel Əsgərova 58 bal toplayaraq yüksək nəticə göstərib. Aysel Əsgərova Bakı Dövlət Universitetinin məzunudur. 

İmtahanlar iyulun 24-dək davam edəcək.