Müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək balı o topladı
    • 16-07-2019, 20:09
    • 717

Müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək balı o topladı

İyulun 16-da ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Aysel Məmmədova imtahanda 58 bal toplayıb.

Təhsil Nazirliyindən News24.az-a bildiriblər ki, Aysel Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alıb.
Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.