"Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib" -Mehriban Əliyeva
    • 14-07-2019, 12:32
    • 736

"Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib" -Mehriban Əliyeva

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir.


Bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsindəki paylaşımda yer alıb.

Qeyd olunub ki, müasir Azərbaycan tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük:


“Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır”.