Şəki Xan sarayında yaralananlardan 4-nün vəziyyyəti ağırdır  - Səhiyyə Nazirliyindən xəbər var
    • 14-07-2019, 14:38
    • 1 047

Şəki Xan sarayında yaralananlardan 4-nün vəziyyyəti ağırdır  - Səhiyyə Nazirliyindən xəbər var

Xəbər verdiyimiz kimi, Şəki Xan sarayının həyətində ağacın aşması nəticəsində xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib. 

Səhiyyə Nazirliyindən News24.az-a daxil olan ən son məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağır, digər 15-nin vəziyyəti isə normaldır. 

Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazır vəziyyətə gətirilib. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcək.