Dövlət Turizm Agentliyi Şəki Xan sarayındakı hadisə ilə bağlı hərəkətə keçdi
    • 14-07-2019, 15:30
    • 1 087

Dövlət Turizm Agentliyi Şəki Xan sarayındakı hadisə ilə bağlı hərəkətə keçdi

Dövlət Turizm Agentliyi Şəki Xan sarayının həyətində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. 


News 24.az-ın məlumatına görə, agentlik bildirib ki, hadisə baş verən andan Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə doğru yola çıxıb.

Cəmiyyəti daha dəqiq məlumatlandırmaq məqsədilə az sonra hüquq-mühafizə orqanları ilə birgə ətraflı bəyanatın yayımlanması planlaşdırılır.

Xatırladaq ki, Şəki Xan sarayının həyətindəki ağacın budağının aşması nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağırdır.