Heydər Əliyev prospektində ağır qəza - Tıxac yarandı
    • 14-07-2019, 17:40
    • 858

Heydər Əliyev prospektində ağır qəza - Tıxac yarandı

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə prospektin Sabunçu rayonu ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığından keçən hissəsində qeydə alınıb. Yolda bir müddət tıxac yaranıb.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov hadisə ilə bağlı bildirib ki, “Koroğlu” metro stansiyasından Hava Limanı istiqamətində gedən yolda “Lexus” və “Mercedes” markalı minik maşınları toqquşub, avtomobillərdən biri aşıb: “Hadisə nəticəsində bir azyaşlı xəsarət alıb. Qəza zamanı ölən olmayıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır”.