Palçıq sıçratmağın cəriməsi var?
    • 28-12-2024, 01:06
    • 143

Palçıq sıçratmağın cəriməsi var?

“Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Yağışlı havada maşından palçıq sıçradan şəxs cərimə edilə bilər?

Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:

“İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, nəqliyyat vasitələrinə, binalara qəsddən sıçradılmasına görə sürücülər 40 manat məbləğində cərimə edilir”.