Binanın altındakı dayanacaqda “Nissan” alovlandı, yanğın “Hyundai”a keçdi
    • 14-07-2019, 19:41
    • 858

Binanın altındakı dayanacaqda “Nissan” alovlandı, yanğın “Hyundai”a keçdi

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında “Nissan” markalı minik avtomobilinin iki təkəri, mühərrik və salon hissəsi yanıb.


Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin güzgüsü əriyib.


Hər iki avtomobilin qalan hissələri və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.