Sumqayıtda "Land Rover" və "Hyundai" avtomobilləri yandı
    • 7-05-2020, 08:40
    • 755

Sumqayıtda "Land Rover" və "Hyundai" avtomobilləri yandı

Sumqayıt şəhərində "Land Rover" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin arxa buferi əriyib. “Hyundai” markalı avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.