-
- 15-07-2019, 13:51
- 750
Qubada kütləvi zəhərlənənlərlə bağlı Səhiyyə Nazirliyindən- AÇIQLAMA
Qubanın Dəlləkli kəndi ərazisində baş verən kütləvi zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az- verilən məluamata görə, Qubada 5 nəfər qidadan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Xəstələrin mədələri yuyulub, tibbi yardım göstərilərək xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri stabildir.
Qurumdan zəhərlənmənin səbəbi ilə bağlı suala da cavab verilib: «Nümunələr Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib. RGEM-dən məlumat veriləndən sonra ictimaiyyətə açıqlanacaq».
Məsələ ilə bağlı Quba rayon Mərkəzi Xəstəxanası ilə da əlaqə saxladıq. Xəstəxananın yoluxucu xəstəliklər şöbəsindən News24.az-a bildirildi ki, hazırda zəhərlənənlərin vəziyyəti normaldır. Xəstələrin ilkin olaraq evlərində qidalandıqları meyvələrdən və xörəkdən zəhərləndikləri bildirilib.
Afaq Mirayiq